Daha bir avtobus kart sisteminə keçdi – FOTO  

Daha bir avtobus kart sisteminə keçdi – FOTO  

Hazırda oxunan: Daha bir avtobus kart sisteminə keçdi – FOTO  

134841

Artıq bu gündən 50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gediş haqqı nağdsız qaydada ödənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. 

Bildirilib ki, bununla da sözügedən marşrutdan gündəlik istifadə edən 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin edilib. 
İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. 

Bununla bağlı əvvəlcədən məlumat veriləcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO