Prezident mükafatına layiq görülən üç şəkili – FOTO  

Prezident mükafatına layiq görülən üç şəkili – FOTO  

Hazırda oxunan: Prezident mükafatına layiq görülən üç şəkili – FOTO  

134838

Azərbaycan Respublikası Prezidentinin 6 May 2023-cü il tarixli Sərəncamı ilə bir sıra sənət adamlarına fəxri ad və mükafatlar verilib. 

Bizim.Media-nın yerli bürosu Şəki Dövlət Dram Teatrına istinadən bildirir ki, mükafat alanlardan üç nəfəri bu sənət cameəsində çalışır.

Belə ki, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, eləcə də Əməkdar Artistlər Xanlar Həşimzadə və Əbülfət Salahov da Prezidentin mükafatlarına layiq görülüblər.
Qeyd olunub ki, hər üç sənət adamı Şəki teatrının fəaliyyətə başlaması və formalaşmasında müstəsna xidmətləri ilə seçilir.

Dövlət başçısının sənət adamlarının əməyinə verdiyi yüksək qiymət teatrın kollektivində böyük sevinc və ruh yüksəkliyi yaradıb. Yaradıcı kollektiv verilən bu yüksək qiymətə görə dövlət başçısına minnətdarlıq ifadə edib. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO