Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.
"VAZ-2121" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb.
Qəza zamanı 1945-ci il təvəllüdlü Əmrah Göycə oğlu İsrafilov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan, Əmrahın həyat yoldaşı, 1948-ci il təvəllüdlü Zərqələm İsrafilov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu