Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatdı

Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatdı

Hazırda oxunan: Üçüncü “Yüksəliş” müsabiqəsinin onlayn mərhələsi başa çatdı

134793

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin qabiliyyət üzrə imtahanı keçirilib. Bununla da müsabiqənin onlayn mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, onlayn imtahanda 7024 namizəd iştirak edib.

Suallar verbal məlumatlarla işləmək bacarığı, rəqəmsal məlumatlarla işləmək bacarığı və abstrakt düşüncə olmaqla üç blok üzrə aparılıb. Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları bir çox beynəlxalq sistemdə tətbiq edilən T-şkala ilə qiymətləndiriləcək.

T-şkalası təhsil üzrə test xidməti tərəfindən təsdiqlənən və bir çox beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Qabiliyyət üzrə imtahan nəticələrinin 5-7 iş günü ərzində açıqlanması nəzərdə tutulur.

Qarşıda iştirakçıları müsabiqənin əyani mərhələsi gözləyir. Əyani mərhələ qabiliyyət üzrə yoxlama və idarəetmə bacarıqları üzrə olmaqla 2 imtahandan ibarətdir. Əyani mərhələnin idarəetmə bacarıqları üzrə imtahanına yalnız qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən iştirakçılar buraxılacaq.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən - ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO