Füzulidə yaşayış kompleksi bu ilin sonunadək təhvil veriləcək - FOTO

Füzulidə yaşayış kompleksi bu ilin sonunadək təhvil veriləcək - FOTO

Hazırda oxunan: Füzulidə yaşayış kompleksi bu ilin sonunadək təhvil veriləcək - FOTO

134780

“Prezidentin izi ilə” işğaldan azad edilmiş Füzuli rayonuna səfər edən jurnalistlər Füzuli rayonuna da səfər edib. Səfər iştirakçıları tikintisi davam edən Füzuli yaşayış kompleksində olublar. Məlumat verilib ki, kompleks 8.9 hektar ərazidə inşa olunur. 38 binadan ibarət olan yaşayış kompleksində 4,5,6 və 7 mərtəbəli binalar inşa edilir ki, burada da ümumilikdə 846 mənzil olacaq. Bu mənzillərdən 318-i iki otaqlı, 430-u üç otaqlı, 98-i isə dörd otaqlıdır. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan kompleksin birinci məhəlləsinin tikinti işlərində dəmir-beton konstruksiyaların quraşdırılması işləri başa çatıb. 

Eyni zamanda ikinci məhəllədə yerləşən altı binada dəmir-beton konstruksiyaların quraşdırılması işləri yekunlaşmaq üzrədir. Həmçinin paralel olaraq birinci məhəllədə yerləşən altı binada xarici və daxili divarların hörgüsü və suvaq işləri tamamlanma mərhələsindədir.

Bununla yanaşı qalan binalarda da dəmir-beton konstruksiyaların quraşdırma işləri davam etdirilir və bu binaların çoxunda hörgü və suvaq işlərinə başlanıb. 

Jurnalistlərə açıqlama verən MİDA-nın mətbuat xidmətinin rəhbəri Diana Dadaşova yaşayış kompleksinin təhvil verilməsi planlaşdırılan zamanı da açıqlayıb: 

“Qeyd edim ki, 2023-cü ilin sonunadək kompleksin təhvil verilməsi planlaşdırılır. Kompleksdə yerləşən bütün mənzillər tam təmirli olacaq. Mətbəx mebeli, qaz piltəsi, su, qaz və elektirik sayğacları ilə təhciz ediləcək. Eyni zamanda binalarda lift quraşdırılacaq, həmçinin mərkəzləşdirilmiş qazanxana sistemi vasitəsilə istiliklə təmin ediləcək. Yaşayış kompleksinin ərazisində binalarla yanaşı yeraltı və yer üstü dayanacaqlar, sosial məişət obyektləri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcək”. 

Xatırladaq ki, 5 may 2023-cü il tarixində işğaldan azad edilmiş ərazilərə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO