Baş ədliyyə müşaviri Firad Əliyev Respublika Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib - FOTO 

Baş ədliyyə müşaviri Firad Əliyev Respublika Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib - FOTO 

Hazırda oxunan: Baş ədliyyə müşaviri Firad Əliyev Respublika Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib - FOTO 

134683

Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə xidməti vəzifələrini layiqincə və nümunəvi yerinə yetirdiyinə görə Baş Prokuror tərəfindən Azərbaycan Respublikası Prokurorluğunun Fəxri Fərmanı ilə təltif edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. 

Firad Fuad oğlu Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci, magistr təhsil pilləsini 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək hüquq fakültəsinin ən nümunəvi məzunu adına layiq görülüb. 
Firad Əliyev 2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək, müstəntiq, böyük müstəntiq, prokuror köməkçisi, prokurorun böyük köməkçisi, prokuror, böyük prokuror vəzifələrində qulluq keçib. 2018-ci ildən hazırkı vəzifədədir. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO