DİN sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış münaqişənin görüntüləri ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaş R.Nəbizadənin Vətən müharibəsi qazisi N.Babayevi vuraraq xəsarət yetirməsi ilə bağlı polis orqanında araşdırma aparılır. N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.
MÖVZU İLƏ BAĞLI:
Növbəni pozmaq istəyən idmançı agentliyin qazi əməkdaşının ÇƏNƏSİNİ QIRIB – ANBAAN VİDEO
Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.
Bizim.Media