Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə görüş KEÇİRİLİB - FOTO 

Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə görüş KEÇİRİLİB - FOTO 

Hazırda oxunan: Ali Məhkəmədə Dövlət Xidmətinin nümayəndələri ilə görüş KEÇİRİLİB - FOTO 

134674

Ali Məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılmış daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınması və digər tələblərə dair işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi və təhlili işi aparılıb. 

Bu barədə Bizim.Media-ya Ali Məhkəmədən məlumat verilib. 

Bildirilib ki, ümumiləşdirmənin nəticələrinə dair bu gün Ali Məhkəmədə ölkə üzrə inzibati mübahisələrə baxan hakimlər və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri ilə görüş keçirilib. 

Görüşdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyəti ilə bağlı işlərə məhkəmələrdə baxılarkən ortaya çıxan problemlər, inzibati orqanlarda məhkəməyədək aparılan icraatın səmərəliliyinin artırılmasına yönəlmiş görülməli işlər, məhkəmələrin iş yükünün optimallaşdırılmasına dair, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb. 










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO