Siyavuş Aslanın oğlu bu gün DƏFN EDİLƏCƏK 

Siyavuş Aslanın oğlu bu gün DƏFN EDİLƏCƏK 

Hazırda oxunan: Siyavuş Aslanın oğlu bu gün DƏFN EDİLƏCƏK 

134642

Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov bu gün dəfn ediləcək. 

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova məlumat verib. 

Çingiz Aslanovun meyiti Təzə Pir məscidinə aparılıb. 

Onun bu gün 14.00-da Yasamal qəbiristanlığında dəfn olunacağı açıqlanıb. 

Əlavə olaraq qeyd edək ki, məsələ ilə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov məşğul olur. Dəfnlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin,  Akademik Milli Dram Teatrının və Yasamal rayon İcra Hakimiyyətinin diqqətindədir.

Qeyd edək ki, Çingiz Aslanovun aprelin 29-də vəfat etdiyi, meyitinin 7 gündən artıq morqda qaldığı açıqlanıb. 

Çingiz Aslanov aprelin 27-də Nəsimi rayonu ərazisindən çağırış əsasında TƏBİB-in tabeliyindəki Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən küçədən təxliyə olunub. Aparılan reanimasyon tədbirlərə baxmayaraq, 29.04.2023 tarixdə bioloji ölüm baş verib. Ona infeksion hepatit, qaraciyər sirrozu, assit diaqnozları qoyulub. 

Nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu şöbəsinə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO