Azərbaycan Milli Məclisinin VI çağırış üzvü
Elnur Allahverdiyev özünün rəsmi Facebook səhifəsində Bakının məşhur
"Sovetski” məhəlləsində aparılan abadlıq
işləri barədə seçicilərinə məlumat verib.
Sfera.az millət vəkilinin hesabat xarakterli
müraciətini təqdim edir: "17 saylı Yasamal üçüncü seçki dairəsinin
böyük bir qismi tarixi Bayır şəhər, yaxud çoxlarımızın bildiyi "Sovetski” ərazisinə
düşür. "Sovetski” deyərkən gözlərimiz önünə ilk olaraq nə gəlir? Dar küçələr,
dalanlar, ümumi həyətlər. Bu küçə və evlər şəhərsalma planına əsasən sökülməli,
yerində yeni, müasir binalar tikilməlidir. Amma pandemiya tikinti sektoruna da
ziyan vurduğundan, özəl sektorun fəaliyyət sahəsinə düşən bu ünvanlarda işlərin
nə zaman başlayacağı bəlli deyil.
İlk işimiz Murtuza Muxtarov küçəsi, 94
ünvanından başladı. Fotolardan da göründüyü kimi, həyətin asfalt örtüyü xeyli
müddətdir yenilənmir. İndi isə bu problem aradan qalxdı. Xeyirli olsun!
Selcan
Sfera.az