Bəşir Hacıyev: “Ağdam Muğam Mərkəzinin inşası 2024-cü ilin sonunda yekunlaşacaq”

Bəşir Hacıyev: “Ağdam Muğam Mərkəzinin inşası 2024-cü ilin sonunda yekunlaşacaq”

Hazırda oxunan: Bəşir Hacıyev: “Ağdam Muğam Mərkəzinin inşası 2024-cü ilin sonunda yekunlaşacaq”

134511

"Ölkə rəhbəri İlham Əliyevin Ağdam şəhərinə səfəri zamanı təməlqoyma mərasimində iştirak etdiyi Ağdam Muğam Mərkəzinin inşaat işlərinin 2024-cü ilin sonlarında yekunlaşacağı nəzərdə tutulur". 

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib. 

O bildirib ki, səfər zamanı Ağdam Muğam Mərkəzinin də təməli qoyulub: 

“Ağdam Muğam Mərkəzi bir zirzəmi və iki mərtəbədən ibarətdir. Burada sinif otaqları, rəqs təlim otaqları, iclas və böyük konsertlərin təşkili üçün zallar və açıq havada amfiteatrın inşa olunması nəzərdə tutulub. Eyni zamanda yerüstü dayanacağın da inşa olunması nəzərdə tutulub. Muğam Mərkəzinin tikinti işlərinin yekunlaşması 2024-cü ilin sonuna nəzərdə tutulub”. 

B.Hacıyev həmçinin Prezidentin təməlqoyma mərasimində iştirak etdiyi digər tikinti sahələri barədə də məlumat verib.

O, ərazidə aparılan tikinti-quruculuq işlərinin surətlə davam etdirildiyini diqqətə çatdırıb. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO