İranın casus şəbəkəsinin daha bir neçə üzvü TUTULDU - FOTO

İranın casus şəbəkəsinin daha bir neçə üzvü TUTULDU - FOTO

Hazırda oxunan: İranın casus şəbəkəsinin daha bir neçə üzvü TUTULDU - FOTO

134492

Azərbaycanda İranın casus şəbəkələrinin ifşası istiqamətində əməliyyatlar davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə “MOUZE” teleqram kanalında məlumat yayılıb.

Teleqram kanalının hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, İranın molla rejiminə xidmət edən, Azərbaycan ərazisində molla rejimini təbliğ edən və Vətəninə xəyanət edən xeyli sayda şəxs artıq saxlanılıb. Onlara qarşı müxtəlif maddələrlə ittihamlar da irəli sürülüb. 
Saxlanılan şəxslərin evlərində, ofislərində və ibadət yerlərində aparılan axtarışlar zamanı molla rejimini təbliğ edən xeyli sayda materiallar, özlərinin “rəhbəri” kimi təqdim etdikləri Xameneinin və digər ağalarının şəkilləri maddi sübut kimi götürülüb.

Bəzi xainlərin evlərindən hətta “Kərimə dövləti”ni qurmaq üçün insanları aldadan materiallar, "Ayətullah Xameneinin əsgərləri" yazılan vərəqələr tapılıb. 

Hazırda casus şəbəkəsinin ifşası istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO