Bizim.Media-nın gündəmə gətirdiyi problem HƏLL OLUNDU - “Araz su”yun satışı  DAYANDIRILDI

Bizim.Media-nın gündəmə gətirdiyi problem HƏLL OLUNDU - “Araz su”yun satışı  DAYANDIRILDI

Hazırda oxunan: Bizim.Media-nın gündəmə gətirdiyi problem HƏLL OLUNDU - “Araz su”yun satışı  DAYANDIRILDI

134427

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən “Araz su” içməli su emalı müəssisəsində plandankənar yoxlama həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Agentliyin məlumatında bildirilir. 

Məlumatda qeyd olunur ki, baxış zamanı müəssisədə mərkəzləşdirilmiş su sistemindən gələn suların (əhaliyə verilən su) filtr edilməklə qablaşdırılmasının həyata keçirildiyi, qida sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qablaşdırılan sular krandan DOLDURULUR – Necə ALDADILIRIQ? – VİDEOREPORTAJ


Aşkar edilən nöqsanlarla bağlı müəssisədə suyun emalının qadağan olunması və qablaşdırılmış suların satışının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və müəssisənin rəhbəri barəsində protokol tərtib olunub.

Eyni zamanda, “Araz su” əmtəə nişanlı içməli sudan nümunələr götürülərək müayinələrin aparılması üçün Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Agentlikdən qeyd edilib ki, bəzi hallarda bu sahədə fəaliyyət göstərən subyektlər mərkəzləşdirilmiş su sistemindən gələn suları qablaşdırıb, məhsulun üzərində dağların və bulaqların təsvirlərini göstərməklə, etiket məlumatında həmin suların müxtəlif təbii mənbələrdən, bulaqlardan gətirildiyini qeyd edərək istehlakçıların aldadılmasına yol verirlər.

"Eyni zamanda, bəzi hallarda belə müəssisələr zirzəmilərdə və ya kiçik obyektlərdə qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərir və məhsullarını yalnız evlərə və ya iş yerlərinə satırlar. Bu da müvafiq nəzarət işlərinin təşkilində istehlakçıların iştirakını zəruri edir. Bu sahədə fəaliyyət göstərən sahibkarlardan qanunvericiliyin tələblərinə ciddi əməl etmək və istehlakçı hüquqlarını pozmadan fəaliyyət göstərmək tələb olunur. İstehlakçılardan isə sifariş verdikləri qablaşdırılmış içməli sularda hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar edildikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur", - məlumatda bildirilib.

Qeyd edək ki, Bizim.Media saytı Bakıda “Araz su” şirkəti tərəfindən qablaşdırılan içməli suların krandan doldurularaq satışa buraxıldığını əks etdirən vuideoreportaj hazırlamışdı. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO