Atların xüsusi təhlükəli xəstəliklərinə qarşı epizootoloji monitorinqlər KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Atların xüsusi təhlükəli xəstəliklərinə qarşı epizootoloji monitorinqlər KEÇİRİLƏCƏK 

134406

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına daxil olan atların manqo, kontagioz metrit, Afrika taunu, rinopnevmoniya və at qripi xəstəliklərinə qarşı epizootoloji monitorinqlər keçiriləcək. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Bildirilib ki, cari ilin 15-20 may tarixlərində Bakı şəhərində, Astara, Lerik, Cəlilabad, Beyləqan, Ağcabədi, Ağstafa, Qazax, Tovuz, Samux, Balakən, Zaqatala, Qax, Oğuz, Qusar və Xaçmaz rayonlarında keçiriləcək monitorinqlər zamanı ailə və fermer təsərrüfatlarında saxlanan atlar arasında sözügedən xəstəliklərə qarşı laborator müayinələr aparmaq üçün diaqnostik nümunələrin götürülməsi, habelə təsərrüfatlar üzrə ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirlərinin həyata keçirilməsi və epizootoloji məlumatların toplanaraq təhlil edilməsi nəzərdə tutulub. 

Monitorinqlərdə AQTA-nın və Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasının mütəxəssisləri iştirak edəcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO