“Teknofest”də Qəbələni və ölkəmizi təmsil edən tələbə kimdir? - FOTO 

“Teknofest”də Qəbələni və ölkəmizi təmsil edən tələbə kimdir? - FOTO 

Hazırda oxunan: “Teknofest”də Qəbələni və ölkəmizi təmsil edən tələbə kimdir? - FOTO 

134381

Nadir Daşdıyev Qəbələ rayonunun Kiçik-Əmili kəndində doğulub, boya-başa çatıb.  Hazırda Bakı Mühəndislik Universitetinin tələbəsidir.  

Bu barədə Bizim.Media-nın yerli bürosuna Qəbələ rayon gənclər və idman idarəsindən məlumat verilib.  

Yüksək balla Bakı Mühəndislik Universitetinə qəbul olunan Nadir Türkiyə “Teknofest” yarışmasına komandası ilə qatılıb.   

Yarışmada "Pilotsuz uçuş aparatı"(PUA)  kateqoriyası üzrə 2700 komanda içərisindən 72,5 balla qruplar üzrə 4-cü yerə yüksələn Nadir Daşdıyevin komandası münsiflər tərəfindən "Qatılım sertifikatı" ilə təltif edilib.  

Yarışlarda əldə edilən nəticələrə görə perfomans mükafatı olaraq Nadirin komandası 43 500 TL mükafata layiq görülüb. Həmçinin qalibiyyəti əldə etdiklərinə görə, iştirakçılara "Təşəkkür Sertifikatı"da verilib.  

Qəbələ rayon gənclər və idman idarəsindən bildirilib ki, Nadir hazırda təhsilini davam etdirir.  

Onu və komandasını Qəbələdə səbrsizliklə gözləyirlər.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO