Bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 13:37-yə təsadüf edəcək.
Bu barədə Sfera.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.
Xalq təqvimində qış fəsli 3 hissəyə bölünür. Dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
Boz ayın bitməsi ilə ellərimizə Novruz qədəm qoyacaq.
Türkan
Sfera.az