Qəbələdə 10 yaşlı qızı və əmisini maşın vurdu

Qəbələdə 10 yaşlı qızı və əmisini maşın vurdu

Hazırda oxunan: Qəbələdə 10 yaşlı qızı və əmisini maşın vurdu

134281

Qəbələdə yol kənarənda hərəkət edən iki nəfəri avtomobil vurub. Hadisə rayonun Məlikli kəndi ərazisində qeydə alınıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata əsasən, rayon sakini Elçin Balıyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolun kənarında hərəkətdə olan piyadalar – əmi və onun qardaşı qızını vurub.

Nəticədə 31 yaşlı Şahid Kərimov və 10 yaşlı Əminə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. 
Faktla bağlı məhkəmə-tibbi ekspertizası təyin olunub. Hazırda rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO