Yeni vəzifəyə təyin olunan Qarabağ qazisi xəstəxanalıq oldu - FOTO

Yeni vəzifəyə təyin olunan Qarabağ qazisi xəstəxanalıq oldu - FOTO

Hazırda oxunan: Yeni vəzifəyə təyin olunan Qarabağ qazisi xəstəxanalıq oldu - FOTO

134273

Vətən Müharibəsi qazisi, Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Cavid Arzumanov icra başçısı Elnur Rzayevin əmri ilə Yergüc İnzibati Ərazi Dairəsinin nümayəndəsinin müavini vəzifəsinə təyin olunub. 

Bizim.Medianın Şimal bürosu xəbər verir ki, yeni təyinatdan sonra Qarabağ qazisinin vəziyyəti qəfildən pisləşib və o, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinə yerləşdirilib.

Cavid Arzumanov Vətən Müharibəsində Qubadlı, Füzuli, Suqovuşan, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. O, döyüş xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Qubadlının azad olunmasına görə" və Baş nazir Əli Əsədov tərəfindən "Vətən Müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. 

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin müdiri Könül Məmmədova Bizim.Media-nın yerli bürosuna bildirib ki, Qarabağ qazisi Cavid Arzumanov şöbəyə sol qoltuqaltı və əzələ-dəri sinirinin neyropatiyası hissi, sol kürək nahiyəsindən odlu silah yaralanmasından sonrakı vəziyyət diaqnozu ilə daxil olub.

Hazırda qazinin vəziyyəti stabilləşib. 





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO