Həbs edilən məşqçinin paylaşımı müzakirələrə səbəb oldu – FOTO

Həbs edilən məşqçinin paylaşımı müzakirələrə səbəb oldu – FOTO

Hazırda oxunan: Həbs edilən məşqçinin paylaşımı müzakirələrə səbəb oldu – FOTO

134233

Xəbər verdiyimiz kimi, aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər yayılıb.

Bizim.Media azxeber.com-a istinadən xəbər verir ki, mərhum azyaşlının anası və xalası Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib.

İdmançının sosial şəbəkə hesablarına nəzər saldıqda onun narkotik vasitələrlə bağlı paylaşımı diqqət çəkir.

O, səhifəsində “Nəşənin mənə ziyan olduğunu dedilər, güldüm və dedim ki, ziyan olsaydı, bu qədər güldürməzdi məni” paylaşımını edib.

Xatırladaq ki, hadisə H.Z.Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. Azyaşlı Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Həmin paylaşımı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO