Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun qardaşı Beydulla Qurbanovun toy mərasimi keçirilib.
Bu barədə Bizim.Media-ya toyda iştirak edən Qusar mədəniyyət mərkəzinin əməkdaşı Firuz Qayıtmazov məlumat verib.
Müsahib deyir ki, bəylə gəlin toydan əvvəl Qusar Şəhidlər Xiyabanına gəliblər. Burada Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun və Qarabağ münaqişəsində həyatını itirmiş şəhidlərin məzarlarını ziyarət edən cütlük sonra dahi şəxsiyyət Heydər Əliyevin Qusar şəhərindəki abidəsinə baş çəkməyi də özlərinə borc biliblər.
Milli Qəhrəmanın qardaşının toy mərasimi Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlayıb. Çingiz Qurbanovun, cəmi şəhidlərin və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Toy şənliyində Milli Qəhrəmanın yaxınları, müxtəlif bölgələrdən və paytaxtdan gəlmiş qonaqlar, keçmiş döyüşçülər Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və qurum rəsmiləri, ictimaiyyət nümayəndələri, Qusar sakinləri iştirak edib.
Qusarlı Şuşa fatehi, Şuşaya ilk Azərbaycan bayrağını sancan Rəşad Aslanov da yeni ailə quran gənclərə öz səmimi arzularını çatdırıb. Salman Qurbanov oğlunun şad gününə yığışan hər kəsə razılığını bildirərək Çingizin atası olmaqdan qürur duyduğunu dilə gətirib.
Qeyd edib ki, vətənə öz canını fəda edən Çingizin itkisi ağır olsa da onun düşmənə qan udduraraq təslim olmaması, düşmənin bir neçə canlı qüvvəsini məhv etməsi bizim ailə üçün fəxrdir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 03.05.2023
Milli Qəhrəmanın xatirəsi qardaşının toyunda belə ANILDI – VİDEO
Hazırda oxunan: Milli Qəhrəmanın xatirəsi qardaşının toyunda belə ANILDI – VİDEO
Hazırda oxunan: Milli Qəhrəmanın xatirəsi qardaşının toyunda belə ANILDI – VİDEO
134121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.