Kürdəmirdə ağır yol qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşısında hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb.
Nəticədə, 2 nəfər dünyasını dəyişib, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Yaralılar təcili tibbi yardım maşınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu