18 yaşına çatan bu şəxslərə mənzil verilir

18 yaşına çatan bu şəxslərə mənzil verilir

Hazırda oxunan: 18 yaşına çatan bu şəxslərə mənzil verilir

134104

Valideyn himayəsindən məhrum olan 18 yaşına çatmış şəxslər dövlət tərəfindən mənzillərlə təmin edilir. 

Bizim.Media xəbər verir ki, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib. 

O qeyd edib ki, indiyə qədər bu kateqoriyadan olan şəxslər mənzillərlə təmin edilib və bu layihə mərhələli şəkildə həyata keçirilir. 

“Himayədar ailədə olan uşaqların 18 yaşdan sonrakı aqibəti necə olacaq məsələsinə gəlincə, qeyd edim ki, bu gün qanunvericiliyə uyğun olaraq valideyn himayəsindən məhrum olan 18 yaşdan yuxarı şəxslər nazirlik tərəfindən mənzillərlə təmin olunur. Hətta məndə olan məlumata görə, bütün 18 yaşına çatmış valideyn himayəsindən məhrum gənclərin hamısını mənzillə təmin etmişik. Proqram davamlı xarakter daşıyır”, - deyə nazir müavini əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO