Əfv Komissiyasında 2 minə yaxın müraciətə baxılıb

Əfv Komissiyasında 2 minə yaxın müraciətə baxılıb

Hazırda oxunan: Əfv Komissiyasında 2 minə yaxın müraciətə baxılıb

134103

"Bu il Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bir neçə iclası keçirilib, iki minə yaxın müraciətə baxılıb". 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. 

O bildirib ki, 9 ildir Əfv Komissiyasının üzvüdür:

"Amma bu dərəcədə çox və bu qədər məhsuldar iclas keçirilməyib. Əfv sərəncamı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olacaq". 

Komissiya üzvü qeyd edib ki, artıq sənədlər toplanıb:

"Həmin sənədlər Prezidentə təqdim olunacaq. Çox güman ki, bu günlərdə yəni, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində əfv sərəncamının imzalanmasının şahidi olacağıq. Düşünürəm ki, bu müstəqillik illərində ən çox məhkuma şamil olunan əfv sərəncamı olacaq və xeyli insanı sevindirəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO