Kür-Bakı magistral su kəmərində ötən gün baş verən qəza aradan qaldırılıb.
Bizim.Media xəbər vereir ki, bu barədə "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
"Su kəmərində baş verən qəzaya görə, Bakının susuz qalan ərazilərinə suyun verilməsi bərpa olunub", - deyə A.Cəbrayıllı qeyd edib.
Qeyd edək ki, ötən gün Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib. Nəticədə ətraf əraziləri su basıb.
Qəzaya görə Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranmışdı.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:20 / 03.05.2023
Magistral su kəmərindəki qəza aradan qaldırıldı
Hazırda oxunan: Magistral su kəmərindəki qəza aradan qaldırıldı
Hazırda oxunan: Magistral su kəmərindəki qəza aradan qaldırıldı
134061
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.