“AZAL” bir il əvvəl satdığımız biletlərin ödənişlərini bizə pandemiya qurtardıqdan 60 gün sonra qaytaracağı şərtini qoyub. Bugünə qədər biz onlardan ödənişləri geri ala bilməmişik”.
Bu barədə Bizim.Media-ya Harmony Tourun satış meneceri Vüsalə Nurlu məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
AZAL Bakıdan Kiyevə xüsusi uçuşların icrasına başlayır
Xanım menecer söyləyib ki, “AZAL” sadəcə, “voucher” - yəni ödənişi təsdiq edən sənəd verir.
Bu “voucher” sizin biletə ödədiyiniz məbləği əks etdirir. Amma bütün bunlar sərnişinlərin haqlı narazılıqlarına səbəb olur.
Vüsalə Nurlu qeyd edib ki, hazırda pandemiya sona çatmasa da “AZAL” bəzi istiqamətlərə uçuşları bərpa edib. Amma uçuş haqları həddindən artıq bahadır:
“Şərtlər də çox ağır, bir nəfərin bir tərəfli qyadada Bakıdan Moskovaya uçuş biletinin qiyməti 815 manatdan başlayır. Hazırda bu qiymətə bilet tapmaq mümkün deyil. Ən ucuz ödəniş 1735 manat təşkil edir”.
Vüsalə Nurlu əlavə etdi ki, pandemiya dövründə “AZAL”dan turizm şirkətlərinə heç bir dəstək gəlmədi və bu indi də bu şəkildə davam edir:
“İndi Türk Hava Yolları ilə işləmək bizə daha uyğundur, onlar uçuşlara icazə verildiyi andan bizə təkliflərini yolladılar və azad satışa icazə verdilər. “AZAL” isə bu barədə susmağa üstünlük verir”.
Gülşanə Mustafayeva, Bizim.Media