7 yaşlı uşağın ölümünə səbəb olan məşqçinin anası: \

7 yaşlı uşağın ölümünə səbəb olan məşqçinin anası: \"Lazım olsa, oğlumu qurban verərəm\" - VİDEO

Hazırda oxunan: 7 yaşlı uşağın ölümünə səbəb olan məşqçinin anası: \"Lazım olsa, oğlumu qurban verərəm\" - VİDEO

134041

Aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası Revaz Bakarov məşqçi Mehman Xəlilovun evinə gedib. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Fərid Bakarovun atasının və jurnalistlərin suallarını cavablandıran məşqçi Mehman Xəlilovun anası oğlunun törətdiyi əmələ görə qanun qarşısında cavab verəcəyini bildirib.

Qeyd edək ki, Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə qərar Sumqayıt Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda elan olunub. Qərara əsasən, M.Xəlilovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə H.Z. Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. Azyaşlı Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Həmin görüntüləri təqdim edirik: 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO