Vəkillər Kollegiyasının rəhbərliyi ilə BMT-nin nümayəndələri arasında görüş keçirilib - FOTO 

Vəkillər Kollegiyasının rəhbərliyi ilə BMT-nin nümayəndələri arasında görüş keçirilib - FOTO 

Hazırda oxunan: Vəkillər Kollegiyasının rəhbərliyi ilə BMT-nin nümayəndələri arasında görüş keçirilib - FOTO 

133979

Mayın 2-də Vəkillər Kollegiyasının (VK) rəhbərliyi və Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin nümayəndələri arasında görüş keçirilib. 

Bu barədə Bizim.Media-ya Kollegiyadan məlumat verilib. 

Bildirilib ki, Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlayıb, VK və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisi arasında mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini və gələcəkdə birgə layihələrin keçirilməsi üçün bu cür mütəmadi görüşlərin vacibliyini vurğulayıb. 

Daha sonra, A.Bağırov nümayəndələri son dövrdəki fəaliyyəti ilə tanış edib. O, həmçinin qeyd edib ki, bu sahədə görülən işlər vəkillik peşəsinə marağın artmasına, xüsusilə gənc mütəxəssislərinin sayının artmasına səbəb olmuş, vəkillərin sayı isə 3 dəfəyədək ertıb.

A.Bağırov hazırda 2323 vəkilin fəaliyyət göstərdiyini bildirib. 

Bundan əlavə, A.Bağırov son aylarda baş tutan layihələrdən, o cümlədən Naxçıvan Muxtar Respublikasında vəkillik sahəsində aparılan islahatların, Naxçıvan Muxtar Respublikası VK-da mövcud problemlərin həllində və bununla gələcəkdə vəkilliyin daha da inkişaf etdirilməsi istiqamətində mühüm rol oynayacağını da qeyd edib. 

Daha sonra Cənubi Qafqazdakı ofisin İnsan Hüquqları üzrə Baş Müşaviri Vladimir Şkolnikov Kollegiyanın son bir neçə ildə həyata keçirdiyi fəaliyyətini təqdirəlayiq hesab etdiyini bildirib.

Bundan əlavə, V.Şkolnikov Kollegiya ilə keyfiyyətli hüquqi yardıma çatımlılığın daha da yaxşılaşdırılması, o cümlədən bölgələrdə əməkdaşlığın daha da artırılması istiqamətlərində həyata keçirilə biləcək layihə təkliflərini səsləndirib. 
Sonda planlaşdırılan layihələrlə bağlı fəaliyyətin təşkili üçün korrespondensiyanın davam etdirilməsi razılaşdırılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO