ANAMA-dan mina təhlükəsi ilə bağlı ÇAĞIRIŞ  

ANAMA-dan mina təhlükəsi ilə bağlı ÇAĞIRIŞ  

Hazırda oxunan: ANAMA-dan mina təhlükəsi ilə bağlı ÇAĞIRIŞ  

133950

Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. 

Sədr son günlər baş verən mina partlayışı hadisələrindən təəssüfləndiyini bildirib: 

"Ölkədə mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar.
Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO