Xəstəxana 7 yaşlı uşağın ölüm səbəbini AÇIQLADI

Xəstəxana 7 yaşlı uşağın ölüm səbəbini AÇIQLADI

Hazırda oxunan: Xəstəxana 7 yaşlı uşağın ölüm səbəbini AÇIQLADI

133945

2016-cı il təvəllüdlü Bakarov Fərid Revas oğlu 29 aprel 2023-cü il tarixində saat 18:50 radələrində təcili tibbi yardım avtomobili ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım şöbəsinə gətirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzinin məlumatında bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Döyülərək öldürülən 7 yaşlı uşağın babası: “Uşağın içalatı yoxdur, qırılıb hər şeyi, beyni dağılıb” – VİDEO 


Məlumata görə, oraya daxil olarkən uşağın vəziyyəti həddən artıq ağır qiymətləndirilib. 

Xəstə Təcili yardım şöbəsinin qırmızı zonasından Reanimasiya şöbəsinə yerləşdirilib. Huşu aydın olmayıb. Xəstəyə növbətçi cərrah, növbətçi travmatoloq tərəfindən baxılıb:

“Baxış zamanı hər iki bazunun yuxarı 1/3 hissəsində böyük ölçülü, kürək nahiyəsində hər iki aşağı ətraflarda müxtəlif ölçülü qançırlar qeyd olunub. 

Xəstəyə qanın ümumi müayinəsi, koaquloqramma və s. təyin edilib. Daxili orqanların USM müayinəsi olunub. Müayinənin nəticəsinə əsasən ciddi patologiya aşkar edilməyib. 

Aparılan reanimasyon tədbirlərə baxmayaraq, xəstədə saat 19:50 radələrində bioloji ölüm baş verib. Hadisə barədə polisə məlumat verilib. Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şöbəsinə göndərilib. 

Təşrihə göndərilən zaman diaqnoz dəqiqləşməmiş kəllə-beyin travması, dəqiqləşməmiş koma, ürək-damar çatışmazlığı və tənəffüs çatışmazlığı olub”. 

Xatırladaq ki, hadisə H.Z. Tağıyev qəsəbəsində, 19 nömrəli məktəbin idman zalında baş verib. Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış samboçu Mehman Xəlilov məşq zamanı 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə azyaşlının boynu qırılıb. Azyaşlı Uşaq Xəstəxanasına çatdırılsa da, orada vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO