Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı Dövlət Universitetində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı BDU-nun təmirdə olan ikinci korpusunun zirzəmisində 4 kvadrat sahədə məişət tullantılarının yandığı müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bizim.Media