“Kəlbəcərə gediş-gəlişə imkan yaradılsın” – Deputatdan TƏKLİF  

“Kəlbəcərə gediş-gəlişə imkan yaradılsın” – Deputatdan TƏKLİF  

Hazırda oxunan: “Kəlbəcərə gediş-gəlişə imkan yaradılsın” – Deputatdan TƏKLİF  

133879

“Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə start verilib” 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Aqil Məmmədov səsləndirib. 

“Çoxsaylı vətəndaşlarımız işğaldan azad olunmuş ərazilərdə işlə təmin olunublar. O cümlədən bir çox qurumlar Kəlbəcərdə fəaliyyətlərini bərpa ediblər. Xüsusən də, yay aylarında əhalinin mal qarasının və arı ailələrinin bölgəyə köçürülməsinə imkan yaradılıb.

Aldığım məlumatlara görə, yay aylarında ərazidə 10 minə yaxın vətəndaşımız fəaliyyət göstərir. Onların səhhəti ilə bağlı problemlər yarandıqda, lazımi tədbirlərin görülməsi üçün tibb məntəqələrinin yaradılmasına ehtiyac var. 

İkinci məsələ isə Kəlbəcər sakinlərinin öz ata-babalarının məzarlarını ziyarət etməsinə şərait yaradılması ilə bağlıdır. Bir sıra həssas qruplara daxil olan ailələr üçün heç olmasa həftədə bir dəfə, təhlükəsizliyə riayət etmək şərtilə gediş-gəliş təşkil olunsun”, - deyə deputat əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO