Məşədi Dadaş məscidi ilə bağlı yayılan xəbərlərə Komitə CAVAB VERDİ 

Məşədi Dadaş məscidi ilə bağlı yayılan xəbərlərə Komitə CAVAB VERDİ 

Hazırda oxunan: Məşədi Dadaş məscidi ilə bağlı yayılan xəbərlərə Komitə CAVAB VERDİ 

133877

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sosial şəbəkədə Məşədi Dadaş məscidi ətrafında gedən müzakirə və söz-söhbətlərə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında bildirib ki, sözügedən mövzuda sosial şəbəkədə gedən məlumatlar yanlışdır:

"Deyirlər ki, Məşədi Dadaş icması oradan çıxarılıb və s. Bu fikirlər yanlışdır. Hazırda icmanın sədri də, üzvlər də Məşədi Dadaş məscidindədirlər. Məsciddəki icma vaxtilə 11 nəfərlə qeydiyyatdan keçib. İndiki qayda ilə isə 50 nəfərlik bir icma heyəti olacaq", - o, əlavə edib.

Mübariz Qurbanlı məsciddən gedən adamların mərhum Hacı Şahinin ətrafında olan adamlar olduğunu qeyd edib:

"Bu adamların hüquqi baxımdan Məşədi Dadaş məscidinə heç bir aidiyyəti yox idi. Onlar bundan sonra bir vətəndaş kimi icmanın formalaşmasında iştirak edə bilərlər. Amma faktiki olaraq, məscidin icması yerindədir və fəaliyyət göstərir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO