QMİ: “Qurani-Kərimdə kişilərin sünnət olunması ilə bağlı əmr, buyruq yoxdur”

QMİ: “Qurani-Kərimdə kişilərin sünnət olunması ilə bağlı əmr, buyruq yoxdur”

Hazırda oxunan: QMİ: “Qurani-Kərimdə kişilərin sünnət olunması ilə bağlı əmr, buyruq yoxdur”

133831

“Qurani-Kərimdə kişilərin sünnət olunması ilə bağlı əmr, buyruq yoxdur, lakin islam hökmləri təkcə Quran ayələri ilə təsbit olunmur”.  

Bizim.Media xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Qafqaz Müsəlmanlar İdarəsinin əməkdaşı Samid Quliyev ilahiyyatçı Elşad Mirinin Qurani-Kərimdə kişilərin sünnəti ilə bağlı ayə olmaması barədə günlərdir müzakirə olunan sözlərinə cavab olaraq deyib. 

"İslam ənənələrinə peyğəmbərimizin hədisləri də daxildir. Peyğəmbərimizin səhih hədislərinə əsasən, sünnət islamın əməllərindən biridir və kişilər üzərində həyata keçirilir. Ərəblər isə buna "xitam" deyir. Hədisdə belə rəvayət olunur ki, bunu qəbul edən və ilk sünnət olunan Həzrəti İbrahimdir. Digər dinlərə baxanda görürük ki, yəhudilikdə də sünnət əməli icra olunur. Bu da o deməkdir ki, bütün ilahi dinlərin kökü eynidir, sadəcə olaraq müəyyən fərqlərlə bizə gəlib çatmışdır. Yəni sünnət islamda birmənalı olaraq var", - deyə Quliyev bildirib. 

O, həmçinin, vurğulayıb ki, sünnətin tibbi cəhətdən faydaları da böyükdür və artıq elm bunu sübut edib. 

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri sünnətin Qurani-Kərimdə nəzərdə tutulmadığı, hətta bu əməlin islama zidd olduğu haqda iddia irəli sürüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO