Sumqayıtda idmançının məşqdə uşağı öldürdüyü anın GÖRÜNTÜLƏRİ - VİDEO 

Sumqayıtda idmançının məşqdə uşağı öldürdüyü anın GÖRÜNTÜLƏRİ - VİDEO 

Hazırda oxunan: Sumqayıtda idmançının məşqdə uşağı öldürdüyü anın GÖRÜNTÜLƏRİ - VİDEO 

133806

Xəbər verdiyimiz kimi Sumqayıtda 7 yaşlı Fərid Bakarovun ölümü ilə bağlı şübhəli kimi ikinci Avropa oyunlarının mükafatçısı samboçu Mehman Xəlilov saxlanılıb. 

Bizim.Media xəbər verir ki, “Telegram” kanallarında  azyaşlının ölümünə səbəb olan məşq prosesinin görüntüsü olduğu iddia edilən video görüntülər yayılıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda azyaşlının ölümünə görə saxlanılan şəxs İDMANÇI OLUB


Görüntülərdə Mehman Xəlilovun ayaqda dayanmaqda çətinlik çəkən uşağa qarşı  fiziki güc tətbiq etdiyi əks olunub. 

Qeyd edək ki, cinayət işi üzrə ilkin araşdırmaya görə idmançının məşq zamanı işlətdiyi fənd nəticəsində 7 yaşlı Fərid Bakarovun ağır xəsarət aldığı ehtimal edilir.  

Sonradan uşaq xəstəxanada keçinib. 

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO