Şəkinin 20 ildir yekunlaşmayan su layihəsində SON DURUM – İşlər nə zaman bitəcək? – FOTO  

Şəkinin 20 ildir yekunlaşmayan su layihəsində SON DURUM – İşlər nə zaman bitəcək? – FOTO  

Hazırda oxunan: Şəkinin 20 ildir yekunlaşmayan su layihəsində SON DURUM – İşlər nə zaman bitəcək? – FOTO  

133762

Şəkinin su təchizatı layihəsinə 2000-ci illərdən başlanılıb. 2013-cü ildə layihənin ilkin mərhələsi təhvil verilməli idi. Lakin üzərindən daha 10 il keçməsinə baxmayaraq tikinti işləri bu gün də davam edir. Bu səbəbdən də şəhərin daxili yollarında bir sıra nöqsanlar mövcuddur. Su anbarları tikilib, artezianlar qazılıb. Şəkinin içməli su təchizatının yenidən qurulması layihəsi çərçivəsində Kiş çayının mənbəyində su ötürücü qurğu və magistral kəmərlər və su anbarları inşa olunub. 

İndiyə kimi 8 su anbarı istifadəyə verilib, daha biri təmir olunur. Növbəti mərhələdə daha üç su anbarının tikintisi nəzərdə tutulur.

Şəhərdə əhalinin içməli suya olan təlabatını ödəmək məqsədi ilə Kiş çayın məcrasında 15 yeni subartezian quyusu qazılıb. Lakin hələlik Kiş çayından istifadə olunduğundan sakinlər suyun verilməsində texniki göstəricilərin normalara uyğun gəlmədiyini deyir. 

Şəhər sakini Bayraməli Məmmədov Bizim.Media-nın yerli bürosuna açıqlamasında qeyd edib ki, su çəkilib, təzyiq də əladır, amma suyun keyfiyyət məsələsində problemlər var.

Dar dalan və döngələr və yeddi istiqamətdə gedən işlər

Hazırda şəhər ərazisində yeddi müxtəlif istiqamətdə tikinti briqadaları iş aparır ki, onlardan da biri şəhərin Abid Əfəndiyev küçəsindədir. Sakinlər əsasən yay aylarında kanalzasiya sularının üfunətindən dayana bilmədiklərini, yeni xətlərin çəkilməsi ilə bu problemin aradan qalxacağına  ümid bəsləyir.

Qədim şəhərin yenidən layihələndirilməsi

Layihənin mühəndislərindən biri Ceyhun Abdullayev görülən işlər barədə məlumat verərkən bildirdi ki, ümumilikdə Şəkidə çəkilməsi nəzərdə tutulan 314 km içməli su xəttinin 231 km-i, 294 km kanalizasiya kollektor xəttinin isə 164 km-lik hissəsi tamamlanıb. 

Qeyd olundu ki, yeni tikilən şəbəkədən abonenetlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılır. Ceyhun Abdullayevin sözlərinə görə 2023-cü ilin tədbirlər planına uyğun olaraq 16.5 km içməli su, 15.5 km kanalizasiya şəbəkəsinin çəkilişi və 2400 abonentə ev birləşməsinin verilməsi nəzərdə tutulur. 

“2023-cü ilin layihəsinin iyul ayında başa çatdırılması nəzərə tutulur”, deyən mühəndis onu da diqqətimizə çatdırdı ki, layihə çərçivəsində tullantı suların təmizlənib kənarlaşdırılması məqsədi ilə şəhərin kənarında 11 hektarlıq ərazi ayrılıb, ətrafına mühafizə zolağı çəkilib.

Burada sutkada 8 min kubmetr olan tullantı su təmizləyici qurğunun tikintisi davam etdirilir. 

Qeyd edək ki, Şəkidə icra olunan bu layihəyə əsasən 2035-ilə prespektiv inkişaf nəzərə alınmaqla 80 min sakin faydalanacaq. 














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO