Qubada Vətən Müharibəsi qazisinə ev tikiləcək - FOTO 

Qubada Vətən Müharibəsi qazisinə ev tikiləcək - FOTO 

Hazırda oxunan: Qubada Vətən Müharibəsi qazisinə ev tikiləcək - FOTO 

133725

Qubanın Ərməki kəndində yaşayan Vətən Müharibəsi qazisi 3-cü qrup əlil Elgün Midhəd oğlu Nəsrullayevinin ailəsinə Quba Rayon İcra Hakimiyyəti tərəfindən yeni ev tikiləcək. 

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, çox köhnə və təmirsiz evdə yaşayan qaziyə və ailə üzvlərinə bu xəbəri kəndə gələn Quba Rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev çatdırıb.

Qazi və valideynləri ilə görüşən başçı onların hazırda yaşadığı evin yenilənməsinə ciddi ehtiyac olduğunu vurğulayıb.

Rayon rəhbəri həm bu məsələnin müsbət həlli, həm də qazinin mayın 10-da baş tutacaq toy məclisinin yüksək səviyyədə keçirilməsi üçün müvafiq təşkilatlara öz tapşırıqlarını verib. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO