Bakıda sürücünün yanaraq öldüyü qəzanın VİDEOSU  

Bakıda sürücünün yanaraq öldüyü qəzanın VİDEOSU  

Hazırda oxunan: Bakıda sürücünün yanaraq öldüyü qəzanın VİDEOSU  

133715

Dünən gecə Bakının Binəqədi rayonunda 3 avtomobilin yanması ilə nəticələnən qəzada ölən şəxsin kimliyi məlum olub. 

Bizim.Media xəbər verir ki, hadisə vaxtı 1992-ci il təvəllüdlü Namiq Həşimovun idarə etdiyi “Mercedes” Binəqədi-Balaxanı yolunda əks istiqamətdə hərəkətdə olan və 1978-ci il təvəllüdlü Anar Qəzənfər oğlu İbrahimovun sürdüyü “Vaz-2105” markalı avtomobilin qarşısına çıxaraq onunla toqquşub.

Bu zaman “Vaz-2105”in arxasından gələn və 2003-cü il təvəllüdlü Elvin Abbassoyun sürdüyü digər “Mercedes" də ona çırpılıb. 

Nəticədə hər 3 avtomobili alov bürüyüb. N.Həşimov və digər “Mercedes”i sürən Elvin Abbasoyu hadisə şahidlərinin köməkliyi ilə maşından çıxarıb xilas etmək mümkün olsa da, İbrahimov Anar Qəzənfər oğlu aşan avtomobilinin salonunda yanaraq vəfat edib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO