Gəncənin bitmək bilməyən YOL PROBLEMİ – “Dağıdıb gediblər, asfaltlayan yoxdur” – FOTO 

Gəncənin bitmək bilməyən YOL PROBLEMİ – “Dağıdıb gediblər, asfaltlayan yoxdur” – FOTO 

Hazırda oxunan: Gəncənin bitmək bilməyən YOL PROBLEMİ – “Dağıdıb gediblər, asfaltlayan yoxdur” – FOTO 

133702

Ötən ilin dekabrında Gəncə şəhərinin yol problemi ilə bağlı məsələni gündəmə gətirmişdik. Lakin üzərindən xeyli müddət keçməsinə baxmayaraq Gəncədə su və kanalizasiya sistemlərinin yenidən qurulması məsələsi hələ də öz həllini tapmayıb.

Belə ki, Gəncənin Mahrasa bağında yaşayan sakinlər öz evlərinə getmək üçün 15-20 dərinləşmiş xəndəkdən keçmək məcburiyyətində qalıblar. Yağışlı günlərdə isə vəziyyət daha da acınacaqlı olur. 

Şota Rustavelli küçəsində yaşayan Cahan adlı sakin Bizim.Media-nın yerli bürosuna açıqlamasında küçədəki acınacaqlı vəziyyətdən şikayətlənir: 

“Artıq iki aya yaxındır ki, küçəmizdə işlər yekunlaşıb. Amma təssüf ki, gəlib dağıtdıqları yolları asfaltlamırlar. Yağış yağanda da qazılmış torpaqla örtülən xəndəklərdən keçmək mümkün olmur. Maraqlıdır, əgər işlər yekunlaşıbsa, niyə yol asfaltlanmır?”

Mahrasa bağında yaşayan və ərazidə taksi fəaliyyəti ilə məşğul olan Əli də yolların bərbad vəziyyətindən şikayətlənir: 

“Mahrasa Bağına mərkəz tərəfdən gəlmək üçün artıq rahat yol yoxdur. Şota Rustaveli və Pərviz Səmədov küçələrində yol çox bərbad durumdadır. Maşınlarımız sıradan çıxır. Xəndək və çuxurlardan artıq bezmişik. Heç kimi sakinlərin vəziyyəti maraqlandırmır”. 

Məsələ ilə bağlı tikinti işlərini aparan “Maqro Construction” MMC-nin iş icraçısı Amil adlı şəxlə əlaqə saxladıq. Məsul şəxs məsələni araşdıracağını və yaxın günlərdə problemin həlli istiqamətində əməli addımlar atılacağını bildiirb. 

Lakin həmin verilən vədlərdən yenə də 3-4 gün ötüb. Nə yolları düzəldən var, nə də vətəndaşların problemləri ilə maraqlanan.

Əlbəttə, su və kanalizasiya xəttlərinin çəkilməsinə və yolların yenidən asfaltlanaraq bərpa olunmasına cavabdeh olan qurum “Maqro Construction” müəssisəsidir. Lakin bu işlər Gəncə şəhəri ərazisində görülür və təbiidir ki, şəhərin aidiyyatı olan qurumları da vəziyyəti nəzarətdə saxlamalıdırlar. Çünki sonda əziyyət çəkən məhz yerli sakinlərdir.

Mövzunu diqqətdə saxlayacağıq.
















Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO