Ölü kimi qeydiyyata alınıb, 12 ildir ölkəyə qayıda bilməyən Quba sakini ilə bağlı YENİ XƏBƏR – FOTO 

Ölü kimi qeydiyyata alınıb, 12 ildir ölkəyə qayıda bilməyən Quba sakini ilə bağlı YENİ XƏBƏR – FOTO 

Hazırda oxunan: Ölü kimi qeydiyyata alınıb, 12 ildir ölkəyə qayıda bilməyən Quba sakini ilə bağlı YENİ XƏBƏR – FOTO 

133670

11 ildən çoxdur Quba rayon qeydiyyat şöbəsində ölü kimi qeydiyyatda olan və bu səbəbdən Rusiyadan qayıda bilməyən Quba sakini Abil Zeynalovdan xəbər var. 

Belə ki, Bizim.Media olaraq Abil Zeynalovun qardaşı Nazim Zeynalovla əlaqə saxladıq. 
 

MÖVZU İLƏ BAĞLI:

11 ildir ölü kimi qeydiyyata alınan Quba sakininin qardaşı DANIŞDI: “Məhkəməyə bizi çağırmayıblar...”


Nazim Zeynalov bildirib ki, artıq Quba rayonunda qardaşı Abil Zeynalov ölü kimi qeydiyyatdan çıxarılıb:

"Biz Quba rayon məhkəməsinə müraciət etdik. Üç dəfə məhkəmə prosesi keçirildi.Yerli icra nümayəndəliyindən verilən lazımi sənədləri və qardaşımın həqiqətən də Rusiyada sağ olması ilə bağlı yanındakı şahidlərə istinadən hazırlanan sənədi də məhkəməyə təqdim etdik. Məhkəmə əvvəlki qətnaməni ləğv etdi və qardaşımın sağ olması barədə yeni qətnamə verdi". 

Nazim Zeynalov qeyd edib ki, həmin məhkəmə qətnaməsinə əsasən qardaşı Abilin Azərbaycan Daxili İşlər Nazirliyində ölü kimi qeydiyyatı ləğv edilib.

Onun sözlərinə görə, indi qardaşının 12 ildən sonra vətənə dönməsi Rusiyanın Yekaterinburq şəhərində yerləşən Azərbaycan konsulluğundan asılıdır:

“Azərbaycandan bütün lazımi sənədləri konsulluğa çatdırmışıq. Azərbaycanın Rusiyadakı səfirliyinin və Yekaterinburqdakı konsulluğumuzun rəsmilərinin bu məsələyə operativ baxmağını istəyirik. Qardaşıma müvafiq icazə sənədi verilməsi lazımdır ki, Qubaya qayıda bilsin. Ömür qısadır, vəfasızdır, 12 ildir vətənə gələ bilməyən qardaşımın həyatına vətən həsrəti son qoya bilər". 

Nazim Zeynalov Azərbaycanın Rusiyadakı səfirliyinin bu məsələyə həssaslıqla yanaşacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, vətəndaş müraciəti əsasında Quba rayonu, Rustov kənd sakini, 1955-ci il təvəllüdlü Abil Zeynalovun itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi haqqında Quba rayon məhkəməsi tərəfindən 09 sentyabr 2011-ci il tarixində qətnamə qəbul edilib. Bunun əsasında rayon qeydiyyat şöbəsi tərəfindən A.H.Zeynalovun ölümü haqqında akt tərtib olunub.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO