Bakıda bahalı avtomobil qəza törətdi - Ölən və yaralanan var

Bakıda bahalı avtomobil qəza törətdi - Ölən və yaralanan var

Hazırda oxunan: Bakıda bahalı avtomobil qəza törətdi - Ölən və yaralanan var

133665

Bakıda bahalı avtomobil ağır qəza törədib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

Sürücü, 1968-ci il təvəllüdlü Əhmədov Azad Rəmzi oğlu etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “AUDİ A6 minik” markalı avtomobillə Buzovna-Mərdəkan yolu ilə Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun sağ kənarında dayanmış vəziyyətdə olan “Volkswagen Golf minik” markalı avtomobili, sonra isə piyada 1993-cü il təvəllüdlü Kazımov Aqil Rasim oğlunu vurub.

Piyada A.Kazımov hadisə yerində ölüb, “Volkswagen Golf minik” markalı avtomobilin sürücüsü 14.03.1970-ci il təvəllüdlü Kərimov Vüqar Tofiq oğlu isə qapalı kəllə-beyin travması diaqnozu ilə Sabunçu tibb mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Xəzər RPİ-nin İŞ-də cinayət işi başlanıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO