Şəmkirdə qəza: Bir nəfər öldü

Şəmkirdə qəza: Bir nəfər öldü

Hazırda oxunan: Şəmkirdə qəza: Bir nəfər öldü

133645

Şəmkirdə rayonunda yol nəqliyyat hadisəsi ölümlə və xəsarətlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan iki avtomobil toqquşması zamanı 2 nəfər ağır dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq onlardan birinin, 1956-cı il təvəllüdlü Nazim Davud oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO