Tərtərin kəndini sel basıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.
Qeyri-sabit hava şəraitindən sonra rayonun dağətəyi ərazilərdən sızıb gələn sel suları kənd ərazinə dolub. İlkin məlumata görə, əkin sahələri və yaşayış evlərinə ciddi ziyan dəyib.
Tərtər rayon icra hakimiyyətindən bildiriblər ki, sel sularının qarşının alınması üçün tədbirlər görülür.
Hazırda Fövqaladə Hallar Nazirliyinin əməkdaşları əraziyə cəlb olunub. Hadisə yerində ağır texnikalar işləyir.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu