Gəncədə küçədə dayanan avtomobil yandı - FOTO

Gəncədə küçədə dayanan avtomobil yandı - FOTO

Hazırda oxunan: Gəncədə küçədə dayanan avtomobil yandı - FOTO

133620

Gəncədə küçədə dayanan avtomobil qəfildən alışıb. 

Bizim.Media-nın yerli bürosu şahidlərə istinadən xəbər verir ki, şəhərin Cavad xan küçəsində park olunmuş “Daewoo Nexia” markalı avtomobil anıdən yanıb. 

Hadisə yerinə FHN-in Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürmə maşınları və əməkdaşları cəlb olunub. 

Alov tez bir zamanda söndürülüb. Yanğın zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Hadisənin baş vermə səbəbləri araşdırılır. 






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO