Azərbaycanlı gənclər “Mübariz İbrahimov” dronu ilə “TEKNOFEST- 2023”ün qalibi oldular

Azərbaycanlı gənclər “Mübariz İbrahimov” dronu ilə “TEKNOFEST- 2023”ün qalibi oldular

Hazırda oxunan: Azərbaycanlı gənclər “Mübariz İbrahimov” dronu ilə “TEKNOFEST- 2023”ün qalibi oldular

133595

Aprelin 24-30-da keçirilən “TEKNOFEST-2023” festivalı çərçivəsində Türkiyənin Bursa şəhərlərində təşkil edilən Beynəlxalq “Pilotsuz Uçuş Aparatları” (PUA) müsabiqəsində əksəriyyəti azərbaycanlı tələbələrdən ibarət olan “DroneX” komandası Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verdikləri dronla yarışın qızıl medalına və kubokuna layiq görülüb.

Bizim.Media xəbər verir ki, İstanbul Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin tələbələrindən ibarət olan “DroneX” komandası 100-dən çox komandanın rəqabət apardığı final mərhələsində yüksək nəticə göstərərək ümumi hesabda qızıl medala layiq görülüb.

Komandanın kapitanı, Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin sonuncu kurs tələbəsi Davud Süleymanov çox böyük əmək nəticəsində əldə etdikləri bu mükafatı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və bütün şəhidlərimizin əziz xatirəsinə həsr etdiklərini bildirib.
Qalib komandanın mükafatı bu gün təqdim olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO