Şəmkirdə iki avtomobil toqquşdu - Polis zabiti həlak oldu

Şəmkirdə iki avtomobil toqquşdu - Polis zabiti həlak oldu

Hazırda oxunan: Şəmkirdə iki avtomobil toqquşdu - Polis zabiti həlak oldu

133539

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, aprelin 29-da saat 23 radələrində Bakı-Qazax yolunun Şəmkir rayonu hissəsində 1991-ci il təvəllüdlü Seyidrüstəm Əliyevin idarə etdiyi “Niva”, 2001-ci il təvəllüdlü Fikrət Bağırovun idarə etdiyi “Priora” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində dünyasını dəyişib, digər sürücü xəstəxanaya çatdırılıb.

S.Əliyev polis zabiti olub, Gədəbəy RPŞ-də xidmət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO