“Anadolu Qartalı - 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər - VİDEO 

“Anadolu Qartalı - 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər - VİDEO 

Hazırda oxunan: “Anadolu Qartalı - 2023”: Azərbaycanın aviasiya vasitələri ilk uçuşlarını yerinə yetiriblər - VİDEO 

133471

“Anadolu Qartalı - 2023” beynəlxalq təlimində iştirak edən aviasiya vasitələrimiz ilk uçuşlarını yerinə yetiriblər. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, əvvəlcə pilotlara təlim müddətində təhlükəsizlik qaydaları və digər məsələlərlə bağlı təlimat verilib. 

Sonra aviasiya vasitələrimizin ekipajları təlim keçiriləcək ərazi ilə tanışlıq, hərəkət marşrutlarının öyrənilməsi və şərti hədəflərin qiymətləndirilməsi məqsədilə uçuşlar icra ediblər. 

Uçuş zamanı təyyarələrin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi də yoxlanılıb. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO