Prezidentin mətbuat konfransının PƏRDƏ ARXASI ANLARI - VİDEO

Prezidentin mətbuat konfransının PƏRDƏ ARXASI ANLARI - VİDEO

Hazırda oxunan: Prezidentin mətbuat konfransının PƏRDƏ ARXASI ANLARI - VİDEO

13336

Xəbər verildiyi kimi Xocalı soyqırımı günü Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Bizim.Media xəbər verir ki, ölkə başçısının 4 saatdan artıq davam edən mətbuat konfransının pərdəarxası anları ortaya çıxıb. 

Mətbuat konfransı pandemiya dönəmində təşkil olunduğundan bütün lazımi qaydalara əməl olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev 4 dildə, 4 saatlıq mətbuat konfransı ilə dünya rekordun qırdı - Türkiyə mətbuatı


Mətbuat konfransına qatılan jurnalistlərin temperaturları yoxlanıb və məsafəyə ciddi riayət edilib.

Konfransın başlama vaxtı yaxınlaşdıqca media nümayəndələrinin xoş həyəcanı da artırdı. Kimisi prezidentə ünvanlamaq istədiyi sualı özündə təkrarlayır, kimisi faktlara yenidən nəzər salır, kimisi də əhəmiyyətli çəkiliş bucağının mübahisəsini edirdi.

Beləliklə, hər kəs təmsil olunduğu media qurumunu daha yaxşı təmsil etməyə səy göstərirdi. 

Ölkə başçısının mətbuat konfransı həm yerli, həm də xarici məkanda günün trendinə çevrilib. Hər hansı prezidentin 4 dildə və uzunluğuna görə seçilən mətbuat konfransı dünya məkanında da müzakirəyə çevrilib. 

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO