“Hər kəsin böyük rəğbətini qazanmış Zərifə xanım Əliyeva ilə fəxr edirik” - İlkin İsmayılov 

“Hər kəsin böyük rəğbətini qazanmış Zərifə xanım Əliyeva ilə fəxr edirik” - İlkin İsmayılov 

Hazırda oxunan: “Hər kəsin böyük rəğbətini qazanmış Zərifə xanım Əliyeva ilə fəxr edirik” - İlkin İsmayılov 

133331

“Görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə öz bilik və bacarığı ilə böyük töhfələr vermiş, nəcib xanım, əsl ana, akademik Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları bu gün də alimin irsindən faydalanırlar. Həkimlik peşəsinə çox böyük sevgi və məsuliyyətlə yanaşan Zərifə xanımın həyat və fəaliyyəti hər birimiz üçün bir örnəkdir”. 

Bunu Bizim.Media-nın yerli bürosuna Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov deyib. 

Onun sözlərinə görə, öz nəcib keyfiyyətləri, bilik va bacarığı ilə Azərbaycan tibb elminə öz töhfələrini vermiş Akademik Zərifə Əliyevanın həyatı hər birimiz üçün bir örnəkdir.

Böyük alimin illər öncə söylədiyi "Həkim xəstənin ağrılarını öz ağrıları kimi yaşamalıdır" fikri bu gün də olduqca aktualdır. Z.Əliyeva həqiqi alim kimi bütün çətinliklərdən keçmiş, vətən qarşısında ziyalı məsuliyyəti, dərin biliyi və dünya görüşü sayəsində mühüm elmi nailiyyətlərə imza atmışdır: 
“Biz bu gün əhalinin sağlamlığının keşiyində dayanan tibb işçiləri peşəsini böyük məhəbbətlə sevən, bilik və bacarığını fədakarlıqla insanların sağlamlığının qorunmasına həsr etmiş, cəmiyyətdə, ailədə hər kəsin böyük rəğbətini qazanmış Zərifə xanım Əliyeva ilə fəxr edirik” - deyə İ. İsmayılov əlavə edib. 

Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO