Abşeron rayonunun qəsəbə və kəndləri içməli suyun vaxtlı-vaxtında verilməməsindən şikayətçidir.
Bir qrup Novxanı, Fatmayi, Görədil və Mehdibad sakini yaşayış evlərinə günlərlə suyun verilməməsi ilə bağlı redaksiyamıza şikayət edib. Sakinlər deyib ki, bəzən 3-4 gün ərzində su gəlmir.
Nəticədə ciddi problemlər yaşanır:
“Hələ qarşıdan yay gəlir. Belə getsə, yay aylarında su heç verilməyəcək. Çətin vəziyyətdə qalmışıq”.
"Azərsu" ASC-nin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı mövzu ilə bağlı Bizim.Media-ya bildirdi ki, adı keçən kənd və qəsəbələrə gündəlik olaraq qrafiklə su verilir:
“Görədil, Mehdiabad və Masazır ərazilərinə hər gün qrafiklə su verilir. Əvvəl kəndlər fasiləsiz su ilə təmin olunsa da, bu il fevralın l ongünlüyünün sonundan suyun qrafiklə verilməsinə başlanılıb. Gündəlik qrafik əsasında kənd və qəsəbələr su ilə təmin olunur”.
A.Cəbrayıllı onu da əlavə edib ki, sakinlər suyun qrafiklə verilməsi ilə razılaşmaq istəmir:
“Gün ərzində bizə də çoxlu şikayətlər olur ki, nəyə görə suyu qrafiklə verirsiniz? Qlobal iqlim dəyişmələri, Taxtakörpü su anbarında suyun azlığı və s. səbəblərdən suya qənaətin vacibliyini desək də, insanlar bununla razılşamaq istəmir. Nəticədə müxtəlif yerlərə şikayət edirlər”.
Aygün İbrahimli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 28.04.2023
“Əhali suyun qrafiklə verilməsi ilə razılaşmaq istəmir” – “Azərsu”dan AÇIQLAMA
Hazırda oxunan: “Əhali suyun qrafiklə verilməsi ilə razılaşmaq istəmir” – “Azərsu”dan AÇIQLAMA
Hazırda oxunan: “Əhali suyun qrafiklə verilməsi ilə razılaşmaq istəmir” – “Azərsu”dan AÇIQLAMA
133296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.