Qurtum-qurtum “ÖLÜM” – AQTA suyu krandan doldurub satan şirkətlərlə əlbirdir? – VİDEO 

Hazırda oxunan: Qurtum-qurtum “ÖLÜM” – AQTA suyu krandan doldurub satan şirkətlərlə əlbirdir? – VİDEO 

133263

Bakıda qablaşdırlan suların krandan doldurularaq satışa buraxıldığını əks etdirən videoreportaj hazırlamışdıq. Reportajda istehlakçıların qablaşdırmaların üzərindəki etiketlə, suyun mənbəyi və istehsalı ilə bağlı məlumatlarda necə aldadıldıqlarını, bazarda dağ və bulaq suyu adı altında insanları aldadan kifayət qədər su istehsalçılarının olduğunu, o cümlədən su sifariş edərkən etibarlı şirkətlərə üz tutmağın vacibliyini qeyd etmişdik.  

Həmçinin redaksiyamıza gələn vətəndaş şikayətlərinin izi ilə Yasamal rayonu Zahid Xəlilov küçəsindəki yaşayış binasının zirzəmisində yerləşən “Araz” Su şirkətinin fəaliyyətini araşdırmışdıq.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qablaşdırılan sular krandan DOLDURULUR – Necə ALDADILIRIQ? – VİDEOREPORTAJ


Reportaj zamanı, əslində uzun illərdir el arasında yayılan iddiaların doğruluğunu əks etdirən faktlar ortaya çıxmışdı. Daha dəqiq desək, bəhs etdiymiz şirkətin texniki direktoru Yavər Uyluqçu qablaşdırdıqları suyun mənbəyinin birbaşa krandan götürüldüyünü, yəni əhaliyə verilən şəbəkə suyu olduğunu etiraf edərək, 90 faiz su istehsalçılarının da eyni mexanizmlə çalışdıqlarını vurğulamışdı. 

Əlbəttə ki, bir istisna ilə...

Şirkətin əldə tutduğu bayraq isə suyu filtrdən keçirmələri və sözdə minarallaşdırmalarıdır.  Hərçənd ki, şirkətin bunu sübut edəcək hər hansı faktının da şahidi olmadıq. 

Filtrə gəlincə, bu gün bu üsuldan demək olar ki, hər evdə və müəssisələrdə istifadə olunur.

Sadə izahı isə belədir: İstənilən istehlakçı evinə və ya ofisinə gələn suya filt aparatı quraşdırmaqla su şirkətlərindən də təmiz və saf su əldə etməklə, aldadılmaqdan, həm də əlavə xərcə düşməkdən azad olar. 

“Araz” su şirkətinin timsalında digər istehsalçıların fəaliyyətinin araşdırılmaması, gigiyenik və təhlükəsizlik normalara əməl edib-etməmələrinin yoxlanılmaması, qablaşdırdıqları suyun keyfiyyətinə və saxlanma şəraitinə zəmanət verilməməsi məsələni yenidən aktuallaşdırıb.
Xüsusilə problemə birbaşa cavabdeh olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Araz” Su şirkətindən olunan istehlakçı şikayətlərinə məhəl qoymaması, qalmaqal açıqlamasını incələməməsi və bu günədək  fəaliyyətini araşdırmaması anlaşılan deyil. 

Məsələ ilə bağlı AQTA-ya ünvanladığımız sorğuların cavabsız qalması kimi...

Nə sirrdirsə, AQTA bir həftədən çoxdur ki, sözügedən problemi həll etməkdə çətinlik çəkir. Bəlkə də öz maraqları çərçivəsində “həll” edirlər? Ya, fırıldaqçı şirkətlərlə əlbirdirlər? Onu da bilmirik...

Hər halda izinə düşdüyümüz problemin nə özü, nə də həllinə maraqlıdırlar. Halbuki qurum məsələ ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır. Ya suyun təmiz olduğunu sübut etməli, ya da aldadılan istehlakçılara haqq qazandırmalıdırlar. 

Görünən odur ki, insanları bu cür aldadan “n” sayda istehsalçı, rəqabət adı altında bazarda “at oynadır”.  Acınacaqlı vəziyyətdən isə əziyyət çəkən və sağlamlıqlarını təhlükə altına atan sadə vətəndaşlar olur. Qurtum-qurtum “ölüm” isə davam edir... 


Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO